• Bakı 9° C

    6 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Lavrov: Ukrayna münaqişəsinin həlli üçün...

DÜNYA

16 Iyul 2024 | 19:16 | Müəllif: Subhan Mahmudov

Lavrov: Ukrayna münaqişəsinin həlli üçün...

Ukrayna münaqişəsinin həlli üçün Qərbdən Rusiyaya qarşı yönəlmiş təhdidlər aradan qaldırılmalıdır.

Bakıvaxtı.az bildirir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Ölkəsi Ukrayna məsələsində tərəflərin maraqları arasında balansın tapılması istiqamətində fəaliyyət göstərməyə hazırdır.

Diplomat NATO-nu ölkəsinə qarşı müharibəyə başlamaqda günahlandırıb. Onun qənaətinə görə, alyansın bu istiqamətdəki fəaliyyətinə ABŞ ciddi dəstək verir.

S. Lavrov bəyan edib ki, rəsmi Vaşinqton zaman-zaman müttəfiqlərinə təkcə Avropada deyil, dünyanın müxtəlif nöqtələrində uzunmüddətli müharibələrə hazır olmaqla bağı çağırış edir.

Rusiyalı nazir eyni zamanda Ukraynada sülhün bərqərar olmasına çağırış edən tərəfləri ruslar da daxil olmaqla, bu ölkədə yaşayan milli azlıqların üzləşdiyi problemləri nəzərə almağa çağırıb./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR