• Bakı 6° C

    3.66 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Crocus”dakı terroru onlar təşkil edib”

DÜNYA

16 Iyul 2024 | 20:43 | Müəllif: Subhan Mahmudov

“Crocus”dakı terroru onlar təşkil edib”

"Rusiyada "Crocus City Hall"da terror aktı beynəlxalq qrup tərəfindən təşkil edilib".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Federal Maliyyə Monitorinq Xidmətinin ("Rosfinmonitorinq") rəhbəri Yuriy Çixançin Federasiya Şurasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, həmin dəstədə Mərkəzi Asiya və Avropa ölkələrinin nümayəndələri, eləcə də çox sayda rusiyalı yer alıb. 

Çixançin hazırda terror aktı ilə bağlı istintaqın davam etdiyini xatırladıb. 

Xatırladaq ki, martın 22-si axşam saatlarında "Crocus City Hall" binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb. Hadisə ilə bağlı 10-dan çox şəxs həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026