• Bakı 9° C

    10.22 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Bazardan evə qayıdan qadını kaftar parçaladı

DÜNYA

15 Avqust 2024 | 19:17 | Müəllif: Subhan Mahmudov

Bazardan evə qayıdan qadını kaftar parçaladı

Kaftar bazardan evə qayıdan qadına hücum edib.

Bakıvaxtı.az bildirir ki, hadisə Keniyada baş verib.

Bildirilir ki, kənddə küçədə yemək satan 52 yaşlı Nensi Noki evə qayıdanda kaftarın hücumuna məruz qalıb. Yırtıcı qadını parçalayıb, onun qalıqları daha sonra yolun yaxınlığında tapılıb.

Qeyd edilir ki, bu, ərazidə baş vermiş artıq beşinci hadisədir. Keniya polisi kaftarları zərərsizləşdirmək üçün bir neçə qrup yaradıb.

Yerli sakinlər ərazidə kaftarların çoxalmasını boş şaxtalarla əlaqələndirirlər. Onların sözlərinə görə, səlahiyyətlilər və mədənçilər tunel və karxanalara nəzarət etmirlər. Bu üzdən bölgədə yırtıcıların yaşaması və çoxalması üçün ideal şərait mövcuddur./teleqraf.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026