Yunanıstanda istilər səbəbindən ciddi tədbirlər görülməyə başlayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Yunanıstanda 9 gündür ki davam edən və həftə sonuna qədər davam edəcəyi gözləniləni istilərlə əlaqədar vətəndaşların qorunması üçün tədbirlər görülür.
Bildirilib ki, ölkənin İqlim Böhranı və Mülki Müdafiə Nazirliyi bütün bələdiyyələrə və dövlət qurumlarına xəbərdarlıq bildirişi göndərib.
Bildirişdə bütün qurumlarayüksək temperatura qarşı lazımi tədbirlərin görülməsinə təşviq edilib.
Əli Hüseynov
















