• Bakı 14° C

    6.41 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Dənizdən tapılan naməlum meyitin kimliyi bəlli oldu - YENİLƏNİB

CƏMİYYƏT

18 Mart 2023 | 19:16

Dənizdən tapılan naməlum meyitin kimliyi bəlli oldu - YENİLƏNİB

2002-ci il təvəllüdlü Xəyal Məmmədovun meyitinin Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə aşkarlanması ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, mərhumun intihar etməsi ehtimal olunur.

18:29

Xəzər dənizində naməlum kişi meyiti aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

Meyitin dənizdən çıxarılmasına kömək məqsədilə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


SON XƏBƏRLƏR

28 Mart 2024