• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Eks-nazirin məhkəməsi təxirə salındı - Səbəb

CƏMİYYƏT

17 Aprel 2023 | 19:16 | Müəllif: Subhan Mahmudov

Eks-nazirin məhkəməsi təxirə salındı - Səbəb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi baş tutmayıb.

Bakıvaxtı.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrlik etdiyi prosesin təxirə salınmasına səbəb vəkillərin vəsatəti olub.

Hakim deyib ki, istintaqı aparılan israfetmə epizodu üzrə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı işlər tamamlanmayıb. Buna görə də vəkillər bu günə təyin olunan prosesin təxirə salınmasını istəyiblər.

Hakim qeyd edib ki, tərəflər iş üzrə dəymiş ziyanın tam və hərtərəfli ödənilməsini istəyirlər.

Buna görə də proses aprelin 28-dək təxirə salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR