• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

15 yaşlı qızın ərə verilməsi iddialarına DİN-dən MÜNASİBƏT

CƏMİYYƏT

17 May 2023 | 17:48

15 yaşlı qızın ərə verilməsi iddialarına DİN-dən MÜNASİBƏT

Beyləqan rayonunda 15 yaşlı qızın ərə verilməsi ilə bağlı yayılan iddialar Rayon Polis Şöbəsində araşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib.

O qeyd edib ki, həmin qız 17 yaşını tamamladığına görə, məsələ ilə əlaqədar qanunla nəzərdə tutulmuş - inzibati və cinayət məsuliyyəti yaranmayıb.

"Hazırda polis əməkdaşları tərəfindən valideynlərlə profilaktiki söhbətlər aparılır", - DİN rəsmisi vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026