• Bakı 20° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Xəzərdə naməlum kişi meyiti tapıldı

CƏMİYYƏT

20 Noyabr 2023 | 19:30

Xəzərdə naməlum kişi meyiti tapıldı

Bakı şəhəri Suraxanı rayonu Qum adası adlanan ərazidə dəniz sahilində naməlum kişi meyiti tapılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, meyitin əlamətləri: boyu 160-165 santimetr, orta bədən quruluşlu, qara saçlıdır (başının ortasinda saçı tökülüb). Meyitin burun hissəsində xüsusi əlamət kimi çapıq izləri müşahidə olunub. Tapılan zaman əynində üst geyimi aşkar olunmayıb.

Bu şəxsi tanıyanlardan DİN-in “102” Xidmətinə və ya Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-02, 012-433-38-12 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


SON XƏBƏRLƏR

10 May 2025