• Bakı C

    12.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 1.9776

Xırdalanda direktorun şagirdi döyməsi iddialarına dair AÇIQLAMA

CƏMİYYƏT

05 Aprel 2025 | 15:45

Xırdalanda direktorun şagirdi döyməsi iddialarına dair AÇIQLAMA

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı iddialar yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Trend Abşeron-Xızı Regional Təhsil İdarəsinə sorğu ünvanlayıb.

İdarədən bildirilib ki, Xırdalan şəhər 1 nömrəli tam orta məktəbdə məktəb direktorunun şagirdi döyməsi ilə bağlı yayılan iddialar yerində araşdırılıb.

"Şagirdlərin, müəllimlərin və valideynlərin izahatlarına əsasən, fiziki zorakılıq faktı təsdiqlənməyib. Qeyd edilən tarixdə direktor sinifdəki şagirdlərarası mübahisə ilə bağlı sinfə daxil olaraq yalnız profilaktik söhbət aparıb.

Məktəb rəhbərliyinə məktəb-valideyn münasibətlərinin düzgün istiqamətində müvafiq tapşırıqlar verilib.

Bildiririk ki, sözügedən məktəbin direktoru ilə Regional Təhsil İdarəsinin rəhbəri arasında qohumluq əlaqəsinin olması ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir", - idarədən qeyd edilib.


SON XƏBƏRLƏR

10 Aprel 2025