• Bakı 18° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9274

    RUB - 2.0529

Sel sularının qəzalı vəziyyətə saldığı körpü bərpa olundu

CƏMİYYƏT

05 May 2025 | 13:22

Sel sularının qəzalı vəziyyətə saldığı körpü bərpa olundu

Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpü müvəqqəti bərpa olunub.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, bir-neçə gün bundan öncə sel suları nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxararaq əyilməsi prosesi baş vermişdi. Dərhal əraziyə AAYDA-nın əməkdaşları cəlb olunaraq əlavə təhlükəsizlik tədbirləri görüldü və körpü ilə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Qısa müddət ərzində körpüyə mütəxəssislər tərəfindən baxış keçirilərək əraziyə xüsusi texnikalar və canlı qüvvə səfərbər olunaraq bərpa işlərinə başlanıldı. Artıq işlər yekunlaşdığından körpü ilə hərəkət bərpa olunub.

Həmçinin bildirilir ki, qısa müddət ərzində sözügedən körpünün yanında yeni avtomobil körpüsünün inşasına da start veriləcək.


SON XƏBƏRLƏR