• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Qaz, işıq tarifi azalsa, rayonlar boşalmaz? - İqtisadçı DANIŞIR

CƏMİYYƏT

04 Iyun 2025 | 13:21

Qaz, işıq tarifi azalsa, rayonlar boşalmaz? - İqtisadçı DANIŞIR

“Əhalinin paytaxta axının qarşısı almaq, kəndlərə böyük qayıdışı təmin etmək üçün bütün sərhədyanı ərazilərdə elektirk və qaz tariflərini 3 dəfə azaltmaq gərəkdir”.

Bakıvaxtı.az xatırladır ki, bu təkliflə Milli Məclisin növbədənkənar sessiyası üzrə iclasında deputat Zahid Oruc çıxış edib.

Maraqlıdır, bu təklifin reallaşması əhalinin qayıdışını təmin etmək üçün kifayətdirmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bölgələrdə, əsasən də dağ rayonlarında, işğaldan azad olunmuş ərazilərdə əhalimizin sürətlə köçməsini təmin etmək və regionlardan Bakıya köçün qarşısını almaq məqsədilə bir çox təşviq addımlarına ehtiyac var.

Natiq Cəfərli: Regionlardakı həyat səviyyəsi ilə Bakıdakı həyat səviyyəsi arasında fərq aradan qalxmalıdır

Onun sözlərinə görə, bura kommunal xidmətlərin də Bakıdan daha ucuz olması daxil edilə bilər. Ekspert əlavə edib ki, bundan başqa, sosial ipotekaların, çox aşağı faizli kreditlərin verilməsi, mənzil tikintisinə yardım və s. kimi məsələlər bölgələrdə olmalıdır.

Natiq Cəfərli bunun yaxşı təklif, yaxşı addım olduğunu söyləsə də, qeyd edib ki, amma yetərli deyil. Dediyinə görə, əsas məsələ bölgələrdə iqtisadi fürsətlərin artırılmasıdır.

“Yəni insanlar işlə təmin olunmalıdır. Sosial həyat genişlənməlidir, güclənməlidir. Regionlardakı həyat səviyyəsi ilə Bakıdakı həyat səviyyəsi arasında fərq aradan qalxmalıdır. Bunlar baş verəcəksə, təbii ki, regionların inkişafına da ciddi təsir göstərəcək”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

05 Iyun 2025