Xırdalan şəhərində məişət tullantılarının yaratdığı anti-sanitariya problemi haqqında məlumat vermişdik. Şəhərin küçələrində yararsız vəziyyətdə olan zibil qutuları və dolub-daşan məişət tullantıları yenə də gündəmdədir.
Şəhər sakinləri tərəfindən redaksiyamıza daxil olan şikayətləri nəzərə alaraq Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.
Abşeron İH-nin rəsmisi Seymur Qasımbəyli Bakıvaxtı.az-a bildirib ki, şikayətlər əsassızdır və bütün zibil qutuları tez-tez təmizlənir və yuyulur: “Yay fəslini də nəzərə almaq lazımdır. Bəzən zibil qutularının ayağı sınır, belə problemlər yaranır. Amma İcra Hakimiyyəti tərəfindən o əraziyə dərhal baxılır və problem aradan qaldırılır”.
Abşeron Rayon İcra Hakimiyyəti rəsmisi bu dəfə də mövzudan yayınmağa çalışıb. Şəhər sakinlərinin şikayətləri ilə razılaşmadığını bildirən Seymur Qasımbəyli qeyd edib ki, əhali İcra Hakimiyyətinin hansı işləri gördüyündən xəbərdardır: “Bəlkə də siz görmək istəmirsiniz, amma bizdə hamı görür ki, hansı təmizlik işləri aparılır. Biz gördüyümüz işi necə göstərək?”
Qeyd: Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı qurumun gördüyü işləri göstərə bilmədiyini vurğulasa da, Xırdalan sakinləri hansı “işlərin” görülmədiyini foto və videolarla sübut edib.
Foto və videonu təqdim edirik:

Nuranə Daxilqızı













jpg-1631084428.webp)


