Cənub -Şərqi Asiya ölkəsi olan İndoneziyada, paytaxt Cakartanın kənarındakı Tangerang Həbsxanasında baş verən yanğında 41 məhkumun öldüyü bildirilib.
Bakıvaxtı.az xəbər verir ki, İndoneziya Hüquq və İnsan Haqları Nazirliyinin Həbsxana Şöbəsinin sözçüsü Rika Apriant verdiyi açıqlamada, narkotik cinayətlərindən məhkum edilmiş məhbusların qaldığı C Blokunda baş verən yanğın nəticəsində 39 məhkumun yaralandığını söyləyib.
Həbsxanaya nəzarəti ələ keçirmək üçün bölgəyə yüzlərlə əsgər və polis göndərilərək yerli vaxtla 01: 00-02: 00 arasında başlayan yanğın tamamilə söndürülüb. Yanğının səbəbi hələki bilinmir.
Aytac Aslan















