• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

ANAMA Qarabağa daha 8 təcili tibbi yardım maşını göndərdi

CƏMİYYƏT

08 Oktyabr 2021 | 10:59

ANAMA Qarabağa daha 8 təcili tibbi yardım maşını göndərdi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) maddi-texniki bazasının yenilənməsi məqsədilə tibbi yardım nəqliyyat vasitələrinin alınmasına dair müsabiqə keçirib.

Bakıvaxtı.az xəbər verir ki, qalib şirkət “Sun Cars” MMC tərəfindən ANAMA-ya 10 ədəd tibbi yardım maşınlarının təhvil veriləcəyi nəzərdə tutulub.

Təcili tibbi yardım maşınları Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunan ANAMA əməkdaşlarına xidmət edəcək. 8 ədəd ambulans hazırda Agentliyə təhvil verilib, növbəti 2 ədəd oktyabrın 20-dək işğaldan azad edilən ərazilərdə sahə əməliyyatlarında istifadə ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026