• Bakı 13° C

    1.99 m/s

Yevlaxda Şəhidlər Abidə Kompleksi yenidən qurulur

CƏMİYYƏT

08 Oktyabr 2021 | 12:06

Yevlaxda Şəhidlər Abidə Kompleksi yenidən qurulur

Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının təşəbbüsü ilə Yevlax rayonun Malbinəsi kəndində I Qarabağ müharibəsində şəhidlik zirvəsinə yükləmiş 6 igidin xatirəsinə ucaldılmış Şəhidlər Abidə Kompleksi əsaslı şəkildə yenidən qurulur. Uzun müddət təmir işləri görülmədiyindən abidənin təmirinə ehtiyac yaranmışdır.

Bakıvaxtı.az xəbər verir ki, bu məqsədlə YAP Yevlax rayon təşkilatının fəalları abidənin yenidən qurulması işində yaxından iştirak edir, lazımi işlərin görülməsində fəallıq göstərirlər. Abidə yenidən qurulan zaman II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Malbinəsi kəndindən olan 2 şəhidin də şəkli Abidə Kompleksinə əlavə ediləcək və yenidən torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərin xatirəsini əbidiləşdirən Ziyarətgaha çevriləcəkdir.

Nuranə Daxilqızı

 


Yevlaxda Şəhidlər Abidə Kompleksi yenidən qurulur
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026