• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.6703

    RUB - 0.0285

Xırdalandakı partlayışdan danışan Sonaxanım Əliyeva: "Həmin vaxt qızımla..." - VİDEO

CƏMİYYƏT

17 Avqust 2022 | 12:10

Xırdalandakı partlayışdan danışan Sonaxanım Əliyeva: Həmin vaxt qızımla... - VİDEO

Aktrisa Sonaxanım Əliyeva yeni açıqlaması ilə diqqət çəkib. 

Bakıvaxtı.az BAKU.WS-ə istindən xəbər verir ki, "Maqazin plus"a müsahibə verən sənətçi bir neçə gün əvvəl Xırdalan şəhərində baş verən partlayışdan danışıb.

Sonaxanım bədbəxt hadisənin yaşandığı binanın onların qaldığı binanın yaxınlığında yerləşdiyini bildirib:

"Həmin vaxt orada yaşayanlar təlaş içində idi. Axşam olduğu üçün hər kəs evdə idi. Çox çətindir. Ailələr evdə oturduğu yerdə birdən-birə hər şeylərini itiridilər. Allah hər kəsə kömək olsun. Həmin vaxt qızımla evdə idim. Biz və ətrafda yaşayanalar hamımız partlayış baş verən binaya üz tutduq. Çünki dəqiq bilmirdik ki, nə baş verib. Görük ki, partlayışın dalğasından binanın üzlükləri belə parka tərəf dağılıb".

Xatırladaq ki, avqustun 3-ü axşam radələrində Xırdalan şəhərində yerləşən hündürmərtəbəli binada güclü partlayış olub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, partlayış beşmərtəbəli binanın üçüncü blokunun üçüncü mərtəbəsində yerləşən mənzildə qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində dörd nəfər müxtəlif dərəcəli bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. FHN-in əməkdaşları tərəfindən bina sakinləri təxliyyə edilərək hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. 


SON XƏBƏRLƏR

24 Sentyabr 2022