• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

CƏMİYYƏT

18 Aprel 2024 | 23:16

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağı tərketmə prosesi yekunlaşdıqdan sonra Xocalı aeroportu boşaldılacaq.

Ekspert deyir ki, Xocalı aerportu bir neçə rayonun ərazisinə yaxın olduğuna görə xüsusi əhəmiyyətə malikdir. Sözügedən məkanın yükdaşıma üçün də böyük potensialı var.

Ekspert əlavə edib ki, Xocalı aerportunun texniki imkanları da genişləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.


SON XƏBƏRLƏR

01 May 2024