• Bakı 20° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Baş nazir partiyasının qalib gəldiyini açıqladı 

DÜNYA

18 Aprel 2024 | 10:19

Baş nazir partiyasının qalib gəldiyini açıqladı 

"Xorvat Demokratik Birliyi" hakim partiyası ölkədə keçirilmiş parlament seçkilərində qalib gəlib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç bildirib.

“Xorvatiya dövlətinin maraqlarını nəzərə alaraq, bizim prioritetimiz vətəndaşların dəstəyi ilə üçüncü dəfə parlament seçkilərində qalib gəldi. Növbəti 4 ildə daha yaxşı Xorvatiya!”.

Seçki komissiyasının məlumatına görə, seçki məntəqələrinin 89,41%-nin səslərinin hesablanmasından sonra sağ mərkəzçi partiya 151 mandatdan 61-ni əldə edib.

Seçkilərdə ikinci yeri Sosial Demokrat Partiyasının (42 mandat) başçılıq etdiyi birlik, üçüncü yeri 14 mandatla "Vətən hərəkatı" qazanıb. Qalan yerləri bir sıra başqa partiyalar əldə edib.

Qeyd edək ki, parlament seçkilərində seçici fəallığı 62,30 faiz təşkil edib.

Günəş Mərd

 

 

 

 


SON XƏBƏRLƏR

30 Aprel 2024