Məşhur ispaniyalı müğənni Xulio İqlesias cinsi təcavüzdə ittiham olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İspaniyanın "elDiario" elektron qəzeti məlumat verib.
Məlumata görə, iki qadın Xulio İqlesiasın malikanəsində işlədiyi zaman onun tərəfindən cinsi qısnamalara və zorakılığa məruz qaldığını iddia edib.
Qəzetin məlumatına görə, hadisələr 2021-ci ildə müğənninin 77 yaşında ikən Dominikan Respublikası və Baham adalarındakı evlərində baş verib. Qadınlardan biri ev işçisi, digəri isə fizioterapevt olub.
Qeyd edilir ki, nə müğənni, nə də onun vəkili bu iddialarla bağlı nəşrin suallarını cavablandırıb.
82 yaşlı Xulio İqlesias kommersiya baxımından ən uğurlu ispandilli sənətçilərdən biridir. O, onlarla albom buraxıb. Rəsmi versiyaya görə, müğənninin səkkiz övladı var, onlardan biri Enrike İqlesiasdır. O da atasının yolunu davam etdirib və məşhur ifaçı olub.
Bakı 




