• Bakı 11° C

    14.24 m/s

  • USD - 1.7

    EUR - 1.8522

    RUB - 0.0173

Yamac paraşütünü sevənlərin NƏZƏRİNƏ - Ölüm də var: Nəyə diqqət edilməli?

CƏMİYYƏT

08 Oktyabr 2024 | 10:33

Yamac paraşütünü sevənlərin NƏZƏRİNƏ - Ölüm də var: Nəyə diqqət edilməli?

Son zamanlar ölkəmizdə turistlər üçün yamac paraşütü xidmətləri təklif edənlərə rast gəlinir. Yamac paraşütü idman növü olduğuna görə, bəzi yerli vətəndaşlarımız da bu sahəyə maraq göstərir.

Lakin yamac paraşütü zamanı ölüm halları da qaçılmazdır. Belə ki, bir neçə öncə Quba rayonunda paraşütçü uçuş zamanı 1986-cı il təvəllüdlü Xırdalan şəhərində tanınmış stomatoloqlardan biri Şamo Mehdiyev idarəetməni itərərək ölüb.

Bəs görəsən, yamac paraşütündə təhlükəsizlik necə təmin olunmalıdır?

Təhlükəsizlik eksperti Elmar Nurəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, paraşütdən tullanma ən təhlükəli ekstrim idman növlərindən biridir.

Onun sözlərinə görə, bu idman növü ilə məşğul olan şəxslərin sağlamlıq vəziyyəti və təcrübəsi normal səviyyədə olmalıdır. Bu amillər paraşütçünün yerə enməsində böyük rola malikdir:

"İstər həvəskar, istərsə də peşəkar şəxslər paraşütlə tullanmaq istəsə, mütləq şəkildə təlimdən keçməlidirlər. Paraşüt zamanı mütləq şəkildə hava şəraiti nəzərə alınmalıdır. Şəxsin təzyiq, şəkərli diabet, ürək-damar xəstəliyi olmamalıdır. Hətta şəxsin əvvəllər qəza keçirərək ayağlnda, çiyinlərində çıxıq və sınıq olmamalıdır ki, paraşütdə enişi təhlükəsiz olsun. Bu idman növündə şəxsin təcrübəli olması fors-major hallarında daha doğru qərar verməsində böyük əhəmiyyətə malikdir".

Elmar Nurəliyev, təhlükəsizlik eksperti

E.Nurəliyev vurğulayıb ki, xarici ölkələrdə şəxs paraşütdən tullanmadan öncə məsuliyyəti özünün daşıdığına dair sənəd imzalayır.

Qeyd edək ki, yamac paraşütü tamamilə küləklə müşayiət olunan idman növüdür. Yamac paraşütündə təyyarəyə ehtiyac yoxdur. Yamac paraşütünün ümumi çəkisi 6-dan 20 kq-a qədərdir və yığıldıqda orta bel çantasına sığır. Uçuşa hazırlıq cəmi 5-10 dəqiqə çəkir. Yamac paraşütü kabin, illüminator kimi maneə olmadan səmadan, havadan və göy üzündən təsvirolunmaz dərəcədə zövq almaq imkanı verir.

Yamac paraşütü solo və tandem olmaq üzrə iki qrupa bölünür. Solo yamac paraşütü həvəskar şəxsin müəyyən təlimlərdən keçərək nəzəri və praktiki biliklərə yiyələndikdən sonra fərdi şəkildə etdiyi uçuşa verilən addır. Tandem yamac paraşütü isə uçuş etmək istəyən şəxsdən hər hansısa bir təcrübə tələb olunmur. Burada həmin şəxs təcrübəli pilot ilə birlikdə eyni paraşütdə uçur və idarəetmə pilotda olur. Sərnişin qismində iştirak edən şəxsə isə sadəcə uçuşdan zövq almaq qalır.

Gülşən Şərif


SON XƏBƏRLƏR

04 Noyabr 2024