• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib - YENİLƏNİB

CƏMİYYƏT

07 Noyabr 2024 | 10:20

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib - YENİLƏNİB

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.

FHN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

    Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

    ***

    10:00

    Bakıda intihara cəhd hadisəsi olub.

    Bakıvaxtı.az xəbər verir ki, ad soyadı bilinməyən bir nəfər “Koroğlu” stansiyası yaxınlığındakı asma körpüyə çıxaraq özünü atmaq istəyib.

      Hadisə ilə əlaqədar əraziyə polis əməkdaşları və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      06 Sentyabr 2026