• Bakı 26° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

Türkiyədə çoxmərtəbəli binada partlayış: yaralananlar var 

CƏMİYYƏT

07 Dekabr 2024 | 10:05

Türkiyədə çoxmərtəbəli binada partlayış: yaralananlar var

İstanbulda 14 mərtəbəli binanın giriş mərtəbəsində partlayış baş verib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Məlumata görə, İstanbulun Beylikdüzü rayonunda yerləşən 14 mərtəbəli binanın giriş mərtəbəsində partlayış qeydə alınıb.

Baş verən partlayışın ilkin araşdırmalara görə, təbii qaz xəttindəki nasazlıqdan qaynaqlandığı ehtimal edilir.

Hadisə nəticəsində 2 nəfər yaralanıb, binadan qopan dağıntı parçaları ətrafa səpələnib. Təhlükəsizlik məqsədilə bina sakinləri dərhal təxliyə edilib.

Hadisə yerində elektrik və təbii qazın axını dayandırılıb, mütəxəssislərin araşdırma və bərpa işləri davam edir.

Nuriyyə Musayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026