• Bakı 27° C

    2.42 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Aviaqəza qurbanları Amerikada yad edildi - FOTOLAR

CƏMİYYƏT

06 Yanvar 2025 | 09:46 | Müəllif: Qalib İbrahimoğlu

Aviaqəza qurbanları Amerikada yad edildi - FOTOLAR

Qroznıda AZAL-ın qəzaya düşən təyyarəsində həyatını itirən soydaşlarımız Amerika Birləşmiş Ştatlarında yad edilib.

Bu barədə Bakıvaxtı.az-a ABŞ-də yaşayan azərbaycanlı fəal Zaur Bayramlı bildirib.

Onun sözlərinə görə, Vaşinqton və ətrafında yaşayan azərbaycanlılar Azərbaycanın və Qazaxıstanın Amerikadakı səfirliklərini ziyarət edərək məlum təyyarə faciəsində həyatlarını itirən soydaşlarımızın xatirəsini anıblar.

Azərbaycan səfirliyində keçirilən görüşdə icmanın nümayəndəsi AZAL-ın keçmiş işçisi, vurulan təyyarəmizin qəhrəman ekipaj üzvləri ilə bir yerdə işləmiş Firudin Məcidov onlarla, xüsusilə mərhum Milli Qəhrəmanımız Hökümə Əliyeva ilə bağlı xoş xatirələrini bölüşüb.

“Qazaxıstan səfirliyində isə baş konsul Yusip Orunbay və səfirliyin Siyasi Məsələlər üzrə katibi Alem Bolatova Qazaxıstan dövləti və qardaş Qazax xalqının təyyarə faciəsi zamanı göstərdikləri köməyinə və dəstəyə görə təşəkkür etdik. Eyni zamanda həmin təyyarədə həyatlarını itirən Qazaxıstan vətəndaşları üçün başsağlığı verdik”, - deyə Zaur Bayramlı qeyd edib.

Murad Məmmədli


Aviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLARAviaqəza qurbanları Amerikada yad edildi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026