Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları”nı təsdiq edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.
Qərara əsasən, yol ötürücülərində və onların altındakı yerlərdə yanacaqdoldurma məntəqəsinin yerləşdirilməsinə yol verilmir.
Bundan başqa, elektrik doldurma məntəqələrinin tutumu elektrik avtomobil parkının mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də elektrik enerjisi doldurma avadanlıqlarının məhsuldarlığı əsasında müəyyən ediləcək.
Həmçinin maye mühərrik yanacaqlı yanacaqdoldurma məntəqəsinə əlavə tələblər müəyyənləşdirilib.
Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə göndərilməsi tapşırılıb.