Yaponiyada şiddətli yağış xəbərdarlığından sonra cənub-qərb əyalətlərindən 330000 yaxın insanın evakuasiya edilməsi ilə bağlı əmr verilib.
Bakıvaxtı.az xəbər verir ki, Yaponiya Meteoroloji Agentliyi ölkənin qərbindəki Yapon dənizinin sahil əyalətlərində güclü yağış, sel və torpaq sürüşməsi ola biləcəyi haqqında xəbərdarlıq edib.
Xirosima, Okayama, Hyogo, Şimane və Tottoridə sürüşmə xəbərdarlığı edilib. Bu bölgələrdə leysan yağışının cümə gününün səhərinə qədər davam edəcəyi bildirilib. Xəbərdarlıqdan sonra əyalət rəhbərliyi Şimanedə 310 min, Tottoridə isə 19 min insanın evakuasiyası əmrini verib. Şimanenin Matsue bölgəsindəki Iu çayı daşqın səviyyəsinə çatıb və güclü yağışdan sonra Izumo bölgəsində dağıntılara səbəb olub. Cənub-qərbdəki Şizuoka əyalətində 3 iyulda yağan güclü yağışdan sonra meydana gələn torpaq sürüşməsində 7 nəfər həyatını itirib və 27 nəfərin axtarışı davam edir.
Aytac Aslan
















