"Böyük ehtimalla sentyabr ayında həm orta məktəblərdə, həm kolleclərdə, həm də universitetlərdə ənənəvi tədris tam şəkildə bərpa olunacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
"Amma rəhbər və texniki işçilər, müəllimlər və yaşı 18-dən yuxarı olanlar (tələbələr) tədris prosesində iştirak etməsi yalnız peyvənd olunmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənəd (COVİD-19 pasportu) olduqları halda iştirak edəcəklər.
Yaşı 18 dən aşağı olanlardan və şagirdlərdən belə bir tələb olmayacaq", - deyə, ekspert qeyd edib.
Nuranə Daxilqızı
















