Koronavirus pandemiyasını başa düşmək üçün elm adamları yarasalardan nümunələr toplayaraq on il əvvəl heyvanlarda çox bənzər bir virusun tapıldığı Kambocanın şimalındakı bir bölgəyə gediblər.
Bakıvaxtı.az xəbər verir ki, 2010 -cu ildə Laos yaxınlığındakı Stung Treng əyalətində at nalı yarasalarından toplanan iki nümunə Phnom Penhdəki Pasteur du Cambodge Institut (IPC) dondurucu kameralarında saxlanılıb. Keçən il edilən testlər, dünyada 4.6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusun yaxın bir qohumunu ortaya çıxarıb.
Səkkiz nəfərdən ibarət IPC tədqiqat qrupu bir həftədir ki, yarasalardan nümunələr toplayır və növlərini, cinsiyyətini, yaşını və digər detallarını qeyd edir. Oxşar araşdırmalar Filippində də aparılır. Sahə koordinatoru Thavry Hoem "Ümid edirik ki, bu araşdırmanın nəticəsi dünyanın Covid-19 haqqında daha yaxşı bir anlayış əldə etməsinə kömək edə bilər" deyib.
Yarasalar kimi növlərdə, ümumiyyətlə, heç bir patojen əlaməti yoxdur, ancaq insanlara və ya digər heyvanlara yoluxarsa, təsirləri dağıdıcı ola bilər.
IPC virusologiya şöbəsinin müdiri Dr. Veasna Duong, institutunun yarasa yoluxucu virusun mənşəyi və təkamülü haqqında ipuçları tapmağı ümid edərək son iki ildə dörd dəfə belə səfərlər etdiyini söylədi. "Virusun hələ də orada olub olmadığını və virusun necə inkişaf etdiyini öyrənmək istəyirik" deyib.
Aytac Aslan
















