• Bakı 23° C

    3.06 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

21 Oktyabr 2021 | 15:11 | Müəllif: Subhan Mahmudov

Baş Prokurorluqdan Nərminin qan qrupu ilə bağlı AÇIQLAMA

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə qətlə yetirilmiş azyaşlı Nərmin Quliyevanın qan qrupunun uyğunsuzluğu barədə əsassız məlumatlar yayılmışdır. Bununla bağlı bildiririk ki, istintaq zamanı məhkəmə-tibb, məhkəmə-genetik ekspertizaları təyin edilmiş və zəruri istintaq hərəkətləri keçirilmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, iş materiallarında hər hansı bir ziddiyətli hallar mövcud deyildir. 

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bir daha kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək qeyd edilir ki, məhkəmə istintaqı zamanı dəqiqləşdirilməmiş və ictimaiyyətdə çaşqınlıq yarada biləcək məlumatların yayılması yol verilməzdir!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR