• Bakı 16° C

    2.61 m/s

Yardımlıda dərədən silah-sursat AŞKARLANDI - FOTO

CƏMİYYƏT

24 Noyabr 2023 | 08:52

Yardımlıda dərədən silah-sursat AŞKARLANDI - FOTO

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Telavar kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 1 ədəd "AKS-74U" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq götürülüb.

    Bundan əlavə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.


    Yardımlıda dərədən silah-sursat AŞKARLANDI - FOTOYardımlıda dərədən silah-sursat AŞKARLANDI - FOTO
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR