Sumqayıtda qazın verilişində yaranan fasilə aradan qaldırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Qaz İstismar İdarəsindən bildirilib.
Qeyd edək ki, bir neçə saat əvvəl Ceyranbatan ərazisində tırtıllı traktorun qaz xəttini zədələməsi nəticəsində 38 min abonentin qazı kəsilmişdi.
***
18:48
Sumqayıtın 38 min abonentin qazı kəsilib.
Bakıvaxtı.az verir ki, Ceyranbatan ərazisində zəncirli traktorun qaz xəttini zədələməsi nəticəsində abonentlərə qazın verilişində fasilələr yaranıb.
Sumqayıt Qaz İstismar idarəsindən bildirilib ki, problem bir neçə saat ərzində həll olunacaq.
















