• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

XİN seçkilərlə əlaqədar İşçi qrupu və Qərargah yaradıb

CƏMİYYƏT

22 Yanvar 2024 | 17:46

XİN seçkilərlə əlaqədar İşçi qrupu və Qərargah yaradıb

Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən ölkə hüdudlarından kənarda prezident seçkilərinin təşkili üzrə İş planı təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bu gün növbədənkənar prezident seçkilərinin təşkili ilə bağlı Xarici İşlər Nazirliyi və Mərkəzi Seçki Komissiyasının birgə brifinqində bildirilib.

Nəzərə çatdırılıb ki, növbədənkənar prezident seçkiləri ilə bağlı 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb.

Seçki ilə əlaqədar operativliyin və nəzarətin təmin edilməsi, zəruri tədbirlərin görülməsi məqsədilə XİN tərəfindən İşçi qrupu və 7-8 fevral tarixlərindən 24 saat fasiləsiz fəaliyyət göstərəcək Qərargah yaradılıb.

Qeyd edilib ki, Azərbaycanda prezident seçkilərini ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, MDB Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assamblesyası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi, Asiya Parlament Assambleyası, Beynəlxalq Parlamentarilər Konqresi, həmçinin bir sıra dövlətlərin parlamentariləri müşahidə edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026