Avropa İttifaqının (Aİ) ən böyük siyasi qüvvəsi olan Avropa Xalq Partiyası Ursula fon der Lyayeni 2024-2029-cu illər üçün Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd kimi irəli sürəcək.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə partiyanın rəhbəri Manfred Veber Avropa Parlamentində keçirdiyi mətbuat konfransında bildirib.
“Avropa Xalq Partiyası Ursula fon der Lyayeni Avropa Komissiyasının növbəti sədri vəzifəsinə namizəd kimi dəstəkləyir”, - o qeyd edib.
Xatırladaq ki, bu yaxınlarda Ursula fon der Lyayen bu vəzifəyə ikinci müddətə namizədliyini irəli sürəcəyini açıqlamışdı.