• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Elektrik avtomobilləri astma və bronxitdən XİLAS EDİR

CƏMİYYƏT

21 Fevral 2024 | 17:03

Elektrik avtomobilləri astma və bronxitdən XİLAS EDİR

Elektrik avtomobilləri uşaqları astma və bronxitdən xilas edir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Amerika Ağciyər Assosiasiyasının hesabatında deyilir.

Məlumata görə, elektrikli nəqliyyat vasitələrinə kütləvi keçid bütün dünyada insanların, xüsusən də tənəffüs yolları xəstəliklərinə meyilli uşaqların sağlamlıqlarına böyük fayda gətirəcək.

Ağciyər Assosiasiyasının təmiz hava üzrə milli vitse-prezidentinin köməkçisi Laura Kate Bender bunu onunla izah edir ki, yetkinlik yaşına çatmayanların bədənləri inkişaf edir, ağciyərləri hələdə böyüməkdə olduğu üçün çirkli havadan daha tez təsirlənir.

Tədqiqat qeyd edir ki, 2035 və 2040-cı illərdə ABŞ- da satılan bütün yeni avtomobillər və yük maşınları tullantılardan təmizlənsə, uşaqlıq astma xəstəliyi 2,7 milyon, kəskin bronxit halları isə 147,000 azalar.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024