• Bakı 16° C

    1.26 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Faktiki hava açıqlandı

CƏMİYYƏT

21 Fevral 2024 | 16:23 | Müəllif: Qalib İbrahimoğlu

Faktiki hava açıqlandı

Fevralın 21-i saat 16:00-a olan məlumata əsasən şimal və şərq rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirib ki, Bakıda və Abşeron yarımadasında, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Şabran, Lənkəran rayonlarında hazırda yağıntılı hava şəraiti davam edir.

    Tərtər, Lerik, Naftalan, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusarda duman müşahidə olunur. Görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 6-10, Aran rayonlarında 4-8 dərəcə isti, dağlıq rayonlarda 1-6 dərəcə şaxtadır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    30 Sentyabr 2026