• Bakı 27° C

    1.98 m/s

  • USD - 1.7

    EUR - 1.9459

    RUB - 2.1915

Yasamalda bu mağazanın fəaliyyəti dayandırıldı

CƏMİYYƏT

10 Fevral 2025 | 18:51

Yasamalda bu mağazanın fəaliyyəti dayandırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 125 ünvanında yerləşən ət satışı mağazasında həyata keçirilən nəzarət tədbiri zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətlərindən nümunələr götürülərək müayinələrin aparılması üçün müvafiq laboratoriyaya təqdim edilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, sınaq nəticələrinə əsasən, götürülən həmin nümunələrdə camış və at DNT-ləri aşkarlanıb.

Faktla bağlı fiziki şəxs Bayramov Vüqar Vəliqulu oğlu barəsində inzibati protokol tərtib edilib və mağazanın fəaliyyəti dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Iyul 2026