Yasamalın bir hissəsində dünən günortadan su gəlmir.
Bakıvaxtı.az-a daxil olan məlumata görə, Əhməd Cəmil küçəsindən “Space” TV-ə qədər olan ərazidə dünən günortadan su kəsilib.
Bakıvaxtı.az sakinlərin şikayəti ilə bağlı “Azərsu” ASC-ə sorğu göndərib.
Qurumun mətbuat katibi Anar Cəbrayıllı sorğuya cavab olaraq bildirib ki, rejimlər tənzimlənir.
“Bir azdan əraziyə su verilişi bərpa olunacaq”, - deyə Anar Cəbrayıllı qeyd edib.
Aytac Aslan