• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

01 Noyabr 2023 | 09:15

Bu ərazilərdə qaz olmayacaq

Bu gün Abşeron rayonunun bəzi qəsəbələrinin qaz təchizatı dayandırılacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, noyabrın 1-də saat 10:00-dan etibarən “Müşfiqabad” Qaz Paylayıcı Stansiyasında görüləcək təmir işləri səbəbindən “Sulutəpə-Xırdalan” ölçü qovşağından qidalanan “Müşfiqabad Daxili” ölçü qovşağından ayrılan əhali qaz kəmərində qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Abşeron rayonunun Aşağı Güzdək, Daş-Güzdək, Hökməli qəsəbələrinin, həmçinin Atyalı və Nübar yaşayış massivlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026