• Bakı 12° C

    6.16 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

"YAŞAT" Fondu bu istiqamət üzrə 5.9 milyon manat xərcləyib

CƏMİYYƏT

08 Dekabr 2025 | 11:02

YAŞAT Fondu bu istiqamət üzrə 5.9 milyon manat xərcləyib

“YAŞAT” Fondu təhsil, əlavə təhsil, peşə hazırlığının artırılması və yaradıcı potensialın inkişafı istiqaməti üzrə 5 952 970,32 manat məbləğində vəsait xərcləyib. 

Bakıvaxtı.az xəbər verir ki, bunu "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov fondun 5 illik fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, bu vəsaitin 1 381 242,77 manatı yaradıcı potensialın inkişaf etdirilməsi ilə bağlı layihələr üçün tərəfdaş qurumlar tərəfindən ödənilib:

“Hesabat dövründə təhsil və peşə hazırlığı ilə bağlı ümumilikdə 1 730 müraciət təmin olunub. Onların 1 450-si şəhid ailəsi üzvlərinə, 280-i isə yaralılara məxsusdur”.

Sədrin sözlərinə görə, bundan əlavə, rəsmi akkreditasiya olunmuş ali təhsil müəssisələrinə qəbul olmuş şəhid ailəsi üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçular üçün “YAŞAT” Fondu tərəfindən 2 000 manat məbləğində birdəfəlik təhsil mükafatı təsis edilib. Bu proqram çərçivəsində indiyədək 266 nəfərin – 187 şəhid ailəsi üzvü və 79 müharibə əlilinin bank hesabına müvafiq vəsait köçürülüb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

07 Dekabr 2025