• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Yaxşı qadın onun-bunun kişisini güdmür" - Vüsalədən izləyicinə təhqir

MƏDƏNİYYƏT

18 May 2022 | 14:38 | Müəllif: Subhan Mahmudov

"Yaxşı qadın onun-bunun kişisini güdmür" - Vüsalədən izləyicinə təhqir

Aparıcı Vüsalə Kərimova instaqramda bir istifadəçi ilə mübahisə edib.

Bakıvaxtı.az olay-a istinadən xəbər verir ki, bununla bağlı o, özü məlumat yayıb.

Vüsalə prodüseri olduğu müğənni Yaşar Cəlilovun paylaşımına "Allah uzun ömür versin, o ifritə Vüsalədən yaxşı canını qurtardın" şərhinə qəzəblənib.

"Vüsalənin daşı düşsün səni doğanın, xanım deyə saxlayanın başına. Yaxşı qadın onun-bunun kişisini güdmür. Biz isə sənin kimiləri sevindirəcək qədər ağılsız deyilik. Allah birləşdirdiyini sənin kimi bəndələr ayıra bilməz. Get su iç. Mənə maraqlıdır, ay cılız qadın, sənin kimi şərəfsizlər nə yeyib-içirsiniz?", - deyə Kərimova vurğulayıb.

O paylaşımında və şərhində qeyri-etik ifadələrdən istifadə edib. Həmin istifadəçininin ünvanına təhqiramiz sözlər yazıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026