• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Eldəniz Məmmədovdan ŞOK ETİRAF: “Əmimi öldürüblər” - VİDEO

MƏDƏNİYYƏT

15 Iyun 2022 | 16:57

Eldəniz Məmmədovdan ŞOK ETİRAF: “Əmimi öldürüblər” - VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı müğənni Eldəniz Məmmədov olub.

Bakıvaxtı.az xəbər verir ki, müğənni əmisinin öldürülməsindən danışıb:

“2008-ci ildə atamızı itirdik. Bu hadisə bizə çox dərd oldu. Çox dürüst insan idi. Daha sonra professor olan əmim - Aydın Məmmədov rəhmətə getdi. Əmimin biri də bu yaxınlarda rəhmətə getdi. Atamla Rafael əmim bir-birilərini çox istəyirdilər, həm dost, həm də qardaş idilər. Atamın rəhmətə getməsi ona çox təsir edirdi. Əmim 5-6 ay olar ki, dünyasını dəyişdi. 2008-ci ildən ölənə kimi hər gün çıxıb balkonda ağlayıb gəlirdi. Elə çox istəyirdilər ki, bir-birilərini. Əmim çox imkanlı olub, hamımıza dəstək olub. 1969-cu ildə 40 yaşında da bir əmim rəhmətə gedib. O əmimi öldürüblər. O hadisəni hərə bir cür danışır. Necə olduğunu dəqiq bilən yoxdur. Eşidəndə uşaq idim”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026