• Bakı 13° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şuşada Vaqif Poeziya Günləri başa çatdı

MƏDƏNİYYƏT

15 Iyul 2022 | 14:12

Şuşada Vaqif Poeziya Günləri başa çatdı

Şuşada keçirilən Vaqif Poeziya Günləri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, iki gün davam edən poeziya günləri Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutub.

40 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra ikinci dəfədir ki, Azərbaycanın mədəniyyət paytaxtında yenidən təşkil olunub.

Mədəniyyət və incəsənət xadimlərinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlərinin, gənc yazıçılar, şairlər və qazilərin iştirak etdiyi poeziya günləri iyulun 14-də “Qarabağ” mehmanxanasının qarşısında kitab sərgisi ilə başlayıb, daha sonra şairlərin çıxışları, konsert proqramı ilə davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026