Taylandın cənub bölgəsində bir qrup tədqiqatçı təbiətdə nadir rast gəlinən mavi rəngə malik yeni tarantula növünü kəşf edib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, lektrik mavisi rəngi ilə seçilən tarantulaya “Chilobrachys natanicharum” adı verilib.
Khon Kaen Universitetinin tədqiqatçısı Narin Chomphuphuang “Mavi təbiətdə rast gəlinən ən nadir rənglərdən biridir” deyib.
Qeyd edək ki, sentyabrın 18-də sözügedən kəşflə bağlı ZooKeys jurnalında dərc edilən araşdırmanın müəllifləri arasında Taylanddakı vəhşi təbiəti izləyən videoları ilə tanınan Youtuber JoCho Sippawat da var.
Ay Tac