• Bakı 19° C

    6.76 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Yeni dələduzluq sxemi: Aldanmamaq üçün bunlara diqqət edin!

CƏMİYYƏT

11 Noyabr 2025 | 09:40

Yeni dələduzluq sxemi: Aldanmamaq üçün bunlara diqqət edin!

“TikTok” sosial şəbəkəsi vasitəsilə insanları aldadan növbəti fırıldaq sxemi üzə çıxıb. Az məbləğlə yüksək qazanc vəd edən bu şəbəkə bir çox şəxsi tora salmağı bacarır.

Bakıvaxtı.az Teleqraf-a istinadən xəbər verir ki, “TikTok”da yeni açılmış “sunay.qazancc” adlı səhifə istifadəçiləri yalan vədlərlə aldadır.

Səhifə sahibləri insanlara az pul yatırmaqla yüksək qazanc əldə edəcəklərini bildirirlər. Onlara müraciət edən şəxslərdən əvvəlcədən müəyyən məbləğdə pul alınır. Daha sonra iddia edilir ki, həmin pul kriptovalyuta əməliyyatları vasitəsilə artırılaraq geri qaytarılacaq.

Apardığımız araşdırma zamanı bəlli oldu ki, səhifədə paylaşılan “qazanc sübutları” saxtadır. Paylaşımlarda guya bəzi istifadəçilərin kart hesabına 500, 700, 1900 manat pul köçürüldüyü göstərilir.

Lakin göstərilən kart nömrələri real deyil və belə kartların mövcud olmadığını müəyyən etdik. Yəni, foto və videolar saxta hesablar üzərindən hazırlanır və insanlara qazancın verildiyi görüntüsü yaradılır.

Şəbəkə üzvləri özlərini başqa detallarla da ələ verirlər. Onlar guya qazanc əldə etmiş insanların “təşəkkür” mesajlarını paylaşırlar. Lakin həmin mesajların bir neçəsində eyni mətnin təkrarlandığı görünür. Məsələn: “İki aylıq maaşımı 40 dəqiqəyə qazandırdınız”.

Bu isə paylaşımların əvvəlcədən hazırlanmış və saxta olduğunun açıq göstəricisidir. Bu cür fırıldaqçılığın qurbanı olmamaq üçün istifadəçilərə diqqətli olmaq tövsiyə edilir.


SON XƏBƏRLƏR

10 Noyabr 2025