• Bakı 10° C

    8.42 m/s

  • USD - 1.7

    EUR - 1.7814

    RUB - 1.629

Yeni il hədiyyəsi alarkən nəyə diqqət edək? – Vaxtı keçmiş, yararsız məhsullar...

CƏMİYYƏT

25 Noyabr 2024 | 12:49

Yeni il hədiyyəsi alarkən nəyə diqqət edək? – Vaxtı keçmiş, yararsız məhsullar...

Yeni ilin gəlişinə bir aydan artıq vaxt qalır. Təbii ki, Yeni il bayramında hər birimizin ağlına ilk gələn də bayram hədiyyələri olur. Artıq marketlərdə Yeni il hədiyyələri satışa çıxarılıb.

Bəs bu hədiyyə qutuları nə dərəcədə keyfiyyətlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyib Hüseynov bildirib ki, hər il AİB-ə Yeni il hədiyyələri ilə bağlı şikayətlər daxil olur. Ancaq ildən-ilə bu şikayətlərdə azalma müşahidə olunur. Onun sözlərinə görə, şikayətlər əsasən qutuların içərisindən qurdlu məhsulların çıxması, uşaqların zəhərlənməsi və alınan şampanların partlamamasından ibarət olur:

"Hər ilin sonunda biznes qurumları əksər hallarda vaxtı keçmiş, yararsız malları qutulara qablaşdırır və yüksək qiymətə satırlar".

Eyyub Hüseynov valideynləri diqqətli olmağa çağırdı

E.Hüseynov qeyd edib ki, belə məhsulları aldığınız zaman kassa çeki alın və saxlayın, aldığınız hədiyyəliklərin üzərində buraxılma tarixinə baxmaq lazımdır. İstehlakçılar bu mövzuda çox diqqətli olmalıdır:

"Ərinməyin, açıb qutuların içindəki konfetlərin, şirniyyatların buraxılış tarixinə, yararlılıq müddətinə baxın. Əks halda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Qaynar xətti” ilə əlaqə saxlamağınızı tövsiyə edirəm".

Müsahibimiz vurğulayıb ki, ən əsas da valideynlər diqqətli olmalı, uşaqlara şənliklərdə verilən hədiyyəliklərə mütləq nəzarət etməlidirlər.

Nuriyyə Musayeva


SON XƏBƏRLƏR