Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) bu il 11 ali təhsil müəssisəsində institusional akkreditasiya qiymətləndirilməsi keçirib.
Bakıvaxtı.az xəbər verir ki, bunu TKTA İdarə Heyətinin sədri Tural Əhmədov qurumun illik hesabat tədbirində deyib.
Onun sözlərinə görə, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti (BBU), Qərbi Kaspi Universiteti (QKU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AİA), Bakı Slavyan Universitetində (BSU), institusional akkreditasiyaqiymətləndirilməsinin, Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı (ADİU Zaqatala filialı) və Bakı Dövlət Universitetinin Qazax filialında (BDU Qazax filialı) isə təkrar institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları baş tutub.
T.Əhmədov qeyd edib ki, bu təhsil müəssisələrindən ATMU, BBU, QKU, ADNSU, GDU ilə bağlı Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında ATMU, BBU, QKU, ADNSU 2024/2025-ci tədris ilindən başlayaraq növbəti 5 il müddətinə institusional akkreditasiyadan keçməsinə və GDU-nun qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti iki il üçün uzadılması, həmçinin bir ildən sonra təkrar akkreditasiya olunmasına dair qərar qəbul olunub.
O əlavə edib ki, 2024-cü təqvim ilinin ikinci yarısında isə NDU, AİA, BSU, SDU, ADİU Zaqatala filialı, BDU Qazax filialında həyata keçiriləninstitusional akkreditasiya üzrə Yekun hesabatlar müvafiq Akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması gözlənilir.