Fransanın Hind okeanındakı müstəmləkəsi olan Mayottada "Çid"o qasırğası nəticəsində ölənlərin sayı 39-a çatıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, Mayotte Qubernatorluğu adada "Çido" qasırğası səbəbiylə həyatını itirənlərin müəyyən edilməsi üçün işlərin davam etdiyini bildirib.
Fransa Daxili İşlər Nazirliyinin açıqlamasına görə, "Çido" qasırğası nəticəsində 124-ü ağır olmaqla 4 min 260 nəfər yaralanıb.
Qasırğadan sonra adada təxminən 15 bölgədə 34 axtarış-xilasetmə əməliyyatı təşkil edilib.
Digər tərəfdən, adadakı ev təsərrüfatlarının 35 faizinə elektrik enerjisinin verilməsi bərpa edilsə də, içməli su probleminin hələ də davam etdiyi diqqətə çatdırılıb.
Əli Hüseynov