ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkə ərazisini genişləndirməklə, ABŞ-ni hərfi mənada yenidən böyük etmək niyyətindədir.
Bakıvaxtı.az "Bild" qəzetinə istinadən xəbər verir ki, Qrenlandiyanın strateji mövqeyi və orada yerləşən hərbi baza ABŞ üçün önəmlidir.
Bundan əlavə, buzların əriməsi ərazidə yeni dəniz yolları açır və böyük xammal yataqları buzun altında ola bilər.
Qeyd edək ki, iki gün öncə Tramp Danimarkanın bir hissəsi olan Qrenlandiya adasının Amerika Birləşmiş Ştatlarının mülkiyyətinə keçməli olduğunu bildirib. Onun sözlərinə görə, Qrenlandiyaya sahiblik və nəzarət mütləq zərurətdir. Tramp həmçinin bəyan edib ki, Panama kanalı yenidən ABŞ-nin mülkiyyətinə çevrilə bilər.
Gülşən Şərif