• Bakı 25° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

İQTİSADİYYAT

11 Iyun 2025 | 12:55

Yeni nəsil kassa aparatları ilə dövriyyə artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 499,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, indiyə qədər Azərbaycan ərazisində 106 520 ədəd yeni nəsil NKA quraşdırılıb.

"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR