• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeniyetmə karateçimiz Avropa çempionatında bürünc medal qazanıb

İDMAN

20 Avqust 2021 | 22:06 | Müəllif: Subhan Mahmudov

Yeniyetmə karateçimiz Avropa çempionatında bürünc medal qazanıb

Avqustun 20-də Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Aysu Əliyeva 3-cü yer uğrunda görüşdə Ana Lujiçə (Gürcüstan) 5:3 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.

Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Ümumilikdə isə Avropa çempionatında 45 ölkədən 1008 idmançı iştirak edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026