• Bakı 22° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Beyl 12 oyunu buraxacaq

İDMAN

18 Sentyabr 2021 | 21:59 | Müəllif: Subhan Mahmudov

Beyl 12 oyunu buraxacaq

"Real"ın hücumçusu Qaret Beylin zədəsi ciddidir.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki,  La Liqanın 4-cü turunda "Selta" ilə matç öncəsi məşqdə ağır zədə alan uelsli futblçu tibbi müayinədən keçib və onun 2 ay meydana çıxa bilməyəcəyi məlum olub.

Bu isə o deməkdir ki, Beyl "Real"ın qarşıdakı 12 oyununu buraxacaq. O, La Liqada "Valensiya", "Malyorka", "Vilyareal", "Espanyol", "Atletik", "Barscelona", "​​Osasuna", "Elçe" və "Rayo Valyekano" ilə görüşlərdə oynaya bilməyəcək. Çempionlar Liqasında isə Beyl "Şerif"lə bir, "Şaxtyor" la hər iki oyunu buraxacaq.

Maraq üçün onu da qeyd edək ki, Beyl "Real"a keçdikdən sonra artıq 24 -cü dəfədir zədələnir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR